BƏƏ Liviyada Türkiyə qüvvələrinə zərbə endirib - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordu Qüvvələrinə məxsus hərbi təyyarələr iyulun 5-də Liviyanın Əl-Vatiya hərbi hava bazasına zərbələr endirib.

 

Bu barədə xarici KİV-lər məlumat verib.

 

Məlumata əsasən, avizərbələr nəticəsində Türkiyənin Əl-Vatiya hərbi hava bazasına bir neçə gün öncə yerləşdirdiyi “MİM-23 Hawk” Zenit Raket Kompleksləri zədələnib.

 

Digər bir məlumata əsasən, Tripolinin 130 km qərbində yerləşən Liviya Milli Razılıq Hökuməti qüvvələrinin nəzarətində olan Əl-Vatiya hərbi hava bazası Misir hava bazasından qalxan BƏƏ təyyarələri tərəfindən endirlib.

 

Liviya Milli Ordusunun rəsmisi birqada generalı Xalid əl-Məhcub Əl-Vatiyə hərbi hava bazasına endirilən zərbələr nəticəsində Türkiyə hərbçilərinə məxsus çox sayda texnikanın məhv edildiyi və yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib.






Mənbə: Eastnews.org Oxunub: 1449 dəfə; Tarix: 2020-07-06 09:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!