Belçikada universitetlərdə hicab qadağasına qarşı etirazlar keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, minə yaxın insan hicabın ali təhsildə istifadəsini qadağan edən Belçika Konstitusiya Məhkəməsinin qərarına etiraz edib. Onlar hicabdan istifadə hüququnu müdafiə etmək üçün küçələrə çıxıb.

 

Minə yaxın insan universitetlərdə hicab geyinmək hüququnu müdafiə etmək üçün Belçikanın paytaxtı Brüssel küçələrində etiraz aksiyası keçirib.

 

Etiraz Konstitusiya Məhkəməsinin ali təhsildə dini rəmzlərin qadağan edilməsinə imkan verən son qərarı hədəf alıb.

 

Əsas etirazçılar gənc qadınlar olub, ayrıseçkiliklərə etiraz olaraq və hicablı tələbə yoldaşları ilə həmrəylik nümayiş etdiriblər.

 

Etirazçılar "Qadına xarici görünüşünə görə hökm etmə" və "İstədiyimi geyə bilməsəm, azadlıq haradadır?" yazılmış plakatlar qaldırıblar.
 




Mənbə: İSNA Oxunub: 107 dəfə; Tarix: 2020-07-06 09:36
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!