Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığı: Koronavirusun yayılması sürətlənib


Eastnews.org-un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru dünyada koronavirusun yayılması ilə bağlı xəbərdarlıq edib.


Tedros Adhanom dünən təşkil etdiyi mətbuat konfransında bir çox ölkələrin virusla mübarizədə irəliləməsinə baxmayaraq, dünyada yayılmanın gücləndiyini söyləyib:


"Bir çox ölkələr naliyyət əldə etsə də, qlobal xəstəliyin yayılması sürətlənib. Hamımız bu xəstəliyin sona çatmasını istəyirik. Yaşamağa davam etmək istəyirik, amma çətin reallıq budur ki, bu xəstəliyin sonuna belə yaxın deyilik".


"Johns Hopkins" universitetinin rəqəmləri dünyada 10.1 milyondan çox insanın COVID-19-a yoluxduğunu göstərir. İndiyə qədər virusdan 502.000 insan həyatını itirib.




Mənbə: FNA Oxunub: 147 dəfə; Tarix: 2020-06-30 14:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!