İraq "Hizbullah"ı baş katibi ABŞ-ı ittiham edən bəyanat yaydı


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Kətaib Hizbullah" briqadalarının baş katibi Əhməd əl-Həmidavi dünən axşam saatlarında son baş verən hadisələrlə əlaqədar olaraq bəyanatla çıxış edib.

 

O, bəyanatında vurğulayıb ki, müqavimət cəbhəsi heç bir halda silahlı mübarizədən geri çəkilməyəcək.

 

"Heç bir halda terrorçular və onların dəstəkçilərindən qorxmuruq. Onlar İraqın əvvəlki günlərinə qayıtmağını istəyirlər. Rifah və təhlükəsiz İraq onların istədiyi ölkə deyil", - deyə Əhməd əl-Həmidavi diqqətə çatdırıb.

 

Əhməd əl-Həmidavi əlavə edib ki, İraq döyüşçüləri ABŞ və əlaltı terrorçularını hər cəbhədə məğlub edəcəklər.




Mənbə: AlAlam Oxunub: 203 dəfə; Tarix: 2020-06-30 10:45
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!