Venesuela prezidenti Avropa İttifaqı səfirinə 72 saat vaxt verdi


Eastnews.org-un verdiyi xəbərə görə, Venesuela hökuməti Avropa İttifaqının sanksiyalar siyahısına 11 Venesuela rəsmisi və parlament üzvünü daxil etməsindən sonra Aİ-nin Karakasdakı nümayəndəsini ölkədən qovmaq qərarına gəlib.

 

Bu barədə ötən gün Nikolas Maduro açıqlayıb.

 

"Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi və Aİ-dən hörmət tələb etməsi üçün 72 saat vaxt verməyə qərar verdim. Avropanın müstəmləkəçiliyi və Venesuelaya zülmü kifayətdir", - deyə  o, "Venezolana de Television" televiziya kanalında çıxışı zamanı bildirib.

 

"Artıq ona uçmaq üçün təyyarə verilib. Bundan sonra tədricən Avropa İttifaqı ilə problemləri həll edəcəyik. Bizi bəyənmirlərsə, Venesuelaya hörmət etmirlərsə, tərk etsinlər", - deyə Nikolas Maduro qeyd edib.




Mənbə: TASS Oxunub: 219 dəfə; Tarix: 2020-06-30 10:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!