Yəmən ordusunun son uğurlu əməliyyatının görüntüləri yayıldı - Foto/Video


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və “Ənsraullah” hərəkatının Mərib və Bəyda vilayətlərində Səudiyyə Ərəbistanının dəstəklədiyi sabiq prezident Mənsur Hadiyə sadiq qüvvələrə endirilən zərbələri nümayiş etdirilib.

 

Bu barədə Yəmən ordusunun rəsmisi general Yəhaya Sari məlumat verib.

 

Məlumata əsasən, Yəmən ordusu Mərib və Bəyda vilayətində muzdlu qüvvələrin nəzarətində olan 400 kv-km ərazini azad edərək, çox sayda silah-sursat və bir neçə hərbi düşərgə ələ keçirib.

 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya təyyarələrinin Yəmən ordusunun irəliləməsinə mane olmaq üçün endirdiyi zərbələrin uğursuz olduğu qeyd edilir.

 

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 

 

 






Mənbə: Ansarullah Media. Oxunub: 760 dəfə; Tarix: 2020-06-30 08:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!