“Boeing 737 Max”ların sınaq uçuşlarına icazə verildi


Eastnews.org-un verdiyi xəbərə görə, iyunun 29-da “Boeing 737 Max” təyyarələrinin sınaq uçuşlarına başlamasına dair “Boeing” şirkəti tərəfindən rəsmi göstəriş verilib.

 

“Reuters”  xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bildirib. Uçuşlar bu gün başlamalıdır.

 

Bu addım ötən ilin mart ayından sərnişindaşımalarda istifadəsi dayandırılan “Boeing 737 Max” təyyarələrinin yenidən dövriyyəyə qaytarılması üçün mühüm hadisə olaraq qəbul edilir.

 

Ötən gün FAA-nın Konqresə göndərdikləri məktubda təyyarənin təhlükəsizlik sistemlərindəki yoxlamaları başa çatdırdıqları, lakin məhdudiyyətin nə zaman ləğv ediləcəyinin hələlik məlum olmadığı qeyd olunub.

 

“Boeing 737 Max”ın bu gün başlaması nəzərdə tutulan və bir neçə gün davam edəcək sınaqlarından başqa, bir neçə ay çəkəcək yoxlamalar da keçirilməlidir. Bu yoxlamalar zamanı təyyarənin təhlükəsizlik sisteminə gətirilən dəyişikliklərin FAA-nın sertifikat standartlarına uyğun olub-olmadığı müəyyənləşdirilməlidir.

 

Xatırladaq ki, “Boeing 737 Max” təyyarələrinin müntəzəm xətlərdəki istifadəsi iki böyük qəzadan sonra ötən ilin mart ayında dayandırılmışdı. Ötən müddət ərzində təyyarədə olan bir sıra mühüm nöqsanlar aradan qaldırılıb, bu ilin may ayının sonunda isə “Boeing” şirkəti bu təyyarələrin yanvar ayından dayandırılmış istehsalına yenidən başladıqlarını açıqlayıb.




Mənbə: report.az Oxunub: 109 dəfə; Tarix: 2020-06-29 22:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!