Rusiya qırıcıları Qara dəniz üzərində ABŞ hərbi təyyarələrini tutmaq üçün havaya qalxdı


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya qırıcıları Qara dəniz üzərində 2 ABŞ hərbi təyyarəsini tutmaq üçün havaya qalxıb.

 

Bu barədə Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

 

“29 iyun 2020-ci il tarixində Cənub hərbi dairəsinin hava hücumundan müdafiə qüvvələri Qara dənizin neytral sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A “Poseydon” və Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi RC-135 aşkarlayıblar”, - deyə məlumatda bildirilib.

 

Qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədindən xeyli məsafədə olan ABŞ təyyarələri davamlı olaraq Rusiyanın nəzarət vasitələri ilə müşayiət olunub: “Bundan başqa, hədəfləri tutmaq üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin Su-27 qırıcıları havaya qaldırılıb. Rusiya Federasiyasının dövlət sərhədində pozuntular qeydə alınmayıb. Rusiya təyyarələrinin uçuşları digər dövlətlərin sərhədlərini pozmadan neytral sular üzərində hava məkanının istifadəsinə dair beynəlxalq qaydalara uyğun olaraq yerinə yetirilib”.




Mənbə: apa.az Oxunub: 162 dəfə; Tarix: 2020-06-29 17:19
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!