ABŞ Səhiyyə naziri: "Koronavirusu aradan qaldırmaq üçün ümid pəncərəsi bağlanır"


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Səhiyyə naziri Birləşmiş Ştatların koronavirus böhranını idarə etmək və aradan qaldırmaq vaxtının çatdığını vurğulayıb.

 

"CNN"ə verdiyi son müsahibədə ABŞ-ın Səhiyyə naziri Aleks Azar bildirib ki, vəziyyət iki ay əvvəlkindən fərqlidir: "Vəziyyət çox fərqlidir və çox ciddidir. Koronavirusu aradan qaldırmaq və lazımi tədbirlər görmək üçün ümid pəncərəsi bağlanır".

 

Bununla birlikdə ABŞ-ın yüksək səviyyəli səhiyyə rəsmisinin mövqeyi Prezident Donald Tramp və onun müavini Mayk Pensin koronavirus böhranı ilə bağlı son mövqelərindən tamamilə fərqlidir.

 

"CNN"nin məlumatına görə, Mayk Pens cümə günü keçirdiyi mətbuat konfransında koronavirusun yayılma sürətinin azaldığını bildirsə də reallığın fərqli olduğu görünür.

 

ABŞ-da koronavirusa yoluxan insanların sayının artması davam edir, eyni zamanda geniş ictimai fikir, eləcə də Amerika siyasətçiləri bunu Ağ Evin virusla bağlı gec tədbir görməsi ilə əlaqələndirir.
 




Mənbə: FNA Oxunub: 86 dəfə; Tarix: 2020-06-29 10:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!