İraqın Kərkük və Samirra şəhərində 14 terrorçu ələ keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, İraq mənbələri Kərkük və Samirrada bir neçə təkfirçi terrorçunun həbs edildiyini açıqlayıb.

 

İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat xidməti bazar günü Kərkük vilayətinin müxtəlif yerlərində və Səlahəddin əyalətindəki Samirra şəhərində 14 terrorçunun ələ keçirildiyini açıqlayıb.

 

Verilən açıqlamada bildirilib ki, əməliyyat zamanı Daxili İşlər Nazirliyinin kəşfiyyat xidməti, Terrorla Mübarizə İdarəsi əsasən Samirra şəhərinin müxtəlif bölgələrində 9 terrorçunu, Kərkük vilayətinin müxtəlif yerlərində isə 5 terrorçunu həbs edib.

 

Açıqlamada terrorçuların mühakimə olunması üçün ədliyyə orqanlarına təhvil verildiyi bildirilib.




Mənbə: tasnimnews Oxunub: 99 dəfə; Tarix: 2020-06-29 09:57
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!