Fransa Prezidenti yaxın zamanda Rusiyaya səfər etmək niyyətindədir


Eastnews.org-un verdiyi xəbərə görə, Fransa Prezidenti Emmanuel Makron yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.

 

Bu barədə Fransa Prezidenti "Twitter"də bildirib.

 

Emmanuel Makron Rusiya ilə Fransa arasında etimad dialoqunun davam etdiyini qeyd edib.

 

"Bregansonda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə başlayan etibarlı dialoq davam edir: Avropada təhlükəsizlik, regional münaqişələr, iqlim, Arktikada buzlaqların əriməsi. Biz irəliləyirik və mən tezliklə Rusiyaya gedəcəyəm", - deyə Emmanuel Makron bildirib.

 

Qeyd edək ki, cümə günü Rusiya və Fransa prezidentləri arasında videokonfrans formatında danışıqlar keçirilib. Prezidentlər koronavirus və digər qlobal problemlərlə mübarizə, ikitərəfli əlaqələrin inkişafı, həmçinin Liviya, Suriya və Ukraynadakı münaqişələrin həlli ilə bağlı müzakirələr aparıblar.




Mənbə: apa.az Oxunub: 167 dəfə; Tarix: 2020-06-27 17:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!