Rusiya hərbi qırıcısı və ABŞ təyyarələri arasında gərginlik - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus qırıcılar Qara dənizin neytral suları üzərində ABŞ hərbi təyyarələrini müəyyən edərək, müşahidə ediblər.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, ABŞ HHQ-nə məxsus “P-8A Posseydon” strateji kəşfiyyat təyyarəsi, “RC-135”  və yanacaq dolduran “KC-135” təyyarəsi Rusiya sərhədlərinə doğru yaxınlaşıblar. Bu zaman havaya Rusiya Hərbi Kosmik Qüvvələrinin Qara dəniz donanmasına məxsus “Su-30” qırıcısı qaldırılıb. Rusiya qırıcısı ABŞ təyyarələrinə təhlükəsiz məsafəyə qədər yaxınlaşıb, onları müəyyən etdikdən sonra onlar uçuş istiqamətlərini dəyişiblər.

 

Bundan əlavə, Rusiya Müdafiə Naziriliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin peşəkarlığını da vurğulayıb.

 

Rusiya hərbi təyyarəsinin uçuşunun beynəlxalq qanunlara ciddi riayət etməklə həyata keçirildiyi qeyd edilib.






Mənbə: RİA Oxunub: 700 dəfə; Tarix: 2020-06-27 11:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!