Rusiya və ABŞ hərbçiləri arasında Suriyada növbəti insident baş verdi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın şimalında Hasakə vilayətində ABŞ və Rusiya hərbçiləri arasında növbəti dəfə insident yaşanıb.

 

Bu barədə Rusiya KİV-ləri məlumat verib.

 

Məlumata əsasən, Rusiya hərbçilərinin patrulu zamanı Hasakə vilayətində ABŞ hərbçilərinə məxsus “Oshkosh M-ATV” zirehli avtomobili Rusiya hərbçilərinə məxsus “Kamaz-63968 – Tayfun-K” zirehli avtomobilini keçərək, yolunu kəsməyə cəhd edib. Lakin Rusiya hərbçilərinə məxsus maşın daha sürətli olduğu üçün ABŞ hərbçilərinin cəhdləri uğursuz olub.

 

Xatırladaq ki, ABŞ və Rusiya hərbçiləri arasında mütəmadi olaraq Suriya ərazisində insidentlər yaşanır.






Mənbə: Rusiya KİV Oxunub: 1071 dəfə; Tarix: 2020-06-24 15:00
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!