Rusiyada faşizm üzərində qələbənin 75 illiyinə həsr edilən parad başladı - Video


Eastnews.org-un xəbərə görə, bu gün Rusiyanın paytaxtı Moskva şəhərinin Qırmızı meydanında faşizm üzərində qələbənin 75 illiyinə həsr edilən parad başlayıb.

 

Rusiya Müdafiə Naziri Sergey Şoyqunun verdiyi məlumata əsasən, paradda 14 minə yaxın insan iştirak edir.

 

Paradda mexaniki kolonda 200-dən artıq tarixi və müasir texnika və 20-dən artıq yeni hərbi texnika nümunələri iştirak edir.

 

Paradda Azərbaycan Respulikasını Müdafiə naziri Zakir Həsənov və 75 hərbçi təmsil edir.

 

Bundan əlavə paradda Abxaziya Respublikasının Prezidenti Aslan Bajaniya, Belarusiya Prezidenti Aleksandr Lukaşenko, Tacikistan, Özbəkistan, Qırğızıstan, Serbiya və digər ölkələrdən qonaqlar iştirak edir.
 

Xatırladaq ki, faşizm üzərində qələbənin 75 illiyinə həs edilən paradın 9 may tarixində keçirliməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası ilə əlaqədar olaraq təxirə salınaraq 24 iyunda qeyd olunur.






Mənbə: Eastnews.org Oxunub: 735 dəfə; Tarix: 2020-06-24 11:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!