Bu il İndoneziya Həcc ziyarətinə zəvvarları göndərməyəcək


Eastnews.org-un verdiyi xəbərə görə, koronavirusun dünya miqyasında yayılmasından sonra İndoneziya hökuməti bu il Həcc ziyarətinə zəvvarların göndərilməyəcəyini açıqlayıb.


Bu barədə İndoneziya xəbər agentliyi "Antara" məlumat yayıb.


Məlumata görə, İndoneziya hökuməti əvvəlcədən Səudiyyə Ərəbistanından Həcc ziyarəti barədə soruşub və Səudiyyə Həcc Nazirliyi Həcc statusunu elan etmədiyindən bu barədə açıqlama verməyib.


İndoneziya Həcc naziri Fakrol Razi bu gün rəsmi olaraq elan edib ki, İndoneziya koronavirusun baş verməsi ilə əlaqədar narahatlıqlara görə bu il Həcc ziyarətinə qoşulmayacaq.


O, bu il Həcc mərasimlərinin ləğv edilməsi qərarını koronavirusun yayılması ilə bağlı milli və beynəlxalq narahatlıq, həmçinin beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətlə əlaqələndirib.


Hesabata görə, hər il yüz minlərlə zəvvarı Həcc ziyarətinə göndərən dünyanın ən sıx müsəlman ölkəsi olan İndoneziya sağlamlıq və təhlükəsizlik baxımından bu ilki dini tədbirlərə qatılmayacaq.




Mənbə: İRNA Oxunub: 131 dəfə; Tarix: 2020-06-02 16:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!