Livan-Suriya sərhədi müvəqqəti açılır


Eastnews.org-un verdiyi xəbərə görə, Livan hakimiyyəti vətənlərinə qayıtmaq istəyən vətəndaşları ilə ailələri üçün 2 və 4 iyun tarixlərində Suriya ilə quru sərhədini açmaq qərarına gəlib.


Bu barədə Livan Daxili İşlər Nazirliyi məlumat verib.


“Livan vətəndaşlarının vətənlərinə qayıtması ilə bağlı hökumətin 31 mart tarixli qərarına əsasən, 2 və 4 iyun tarixlərində Masnəa və Abudia keçid məntəqələri vasitəsilə Suriya ilə sərhədlərin açılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.


Məlumata əsasən, sərhəd keçid məntəqələri 9:00-dan 16:00-a Livan vətəndaşları və ailələrinin Suriyadan qayıtması üçün açılacaq.


Xatırladaq ki, Livan koronavirus pandemiyası ilə əlaqdar olaraq aprelin 27-dən Suriya ilə sərhədləri bağlayıb.




Mənbə: RİA Oxunub: 242 dəfə; Tarix: 2020-06-02 15:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!