Türkiyə və İsrail əlaqələri tənqid edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Səadət Partiyasının sədr müavini Mustafa Kaya hökumətin İsrail rejimi ilə son vaxtlar güclənən əlaqələrinə münasibət bildirib.


O, açıqlamasında vurğulayıb ki, hökumət İsrail rejimi ilə iqtisadi əlaqələrini azaltmaq əvəzinə hər ötən gün daha da gücləndirir.


"Mavi Mərmərə gəmisinə qarşı törədilən terrorun üzərindən 10 il keçir. Amma hökumətimiz bu istiqamətdə heç bir iş görmədi. Ödənilən pullar ilə insanların başlarını aldatdılar", - deyə Mustafa Kaya diqqətə çatdırıb.


Mustafa Kaya qeyd edib ki, Türkiyə hökuməti nə vaxta qədər İsrail rejimi ilə əlaqələri pozmayacaqsa, Fələstin xalqı da o qədər çox əziyyət çəkəcək.




Mənbə: Rasthaber Oxunub: 279 dəfə; Tarix: 2020-06-02 15:47
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!