Əfqanıstanda növbəti dəfə partlayış törədilib, ölən və yaralılar var


Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Kunduz vilayətinin Xan Abad rayonu ərazisində yol kənarında quraşdırılan partlayıcının işə salınması nəticəsində 7 mülki vətəndaş həyatını itirib, 6 vətəndaş yaralanıb.


Bu barədə Kunduz vilayəti rəsmisi Həyatulla Əmiri məlumat verib.


Məlumata əsasən, hadisə ötən gecə radkial “Taliban” hərəkatının nəzarətində olan ərazidə baş verib.


Həyatını itirən şəxslər Bədəxşan vilayətinin məhsul yığımı ilə məşğul olan vətəndaşları olub.


Bundan əlavə, bu gün Cauzcan vilayəti ilə Səri Pul vilayəti birləşdirən magistral yolda Əktaş rayonunda yol kənarında quraşdırılan partlayıcının işə salınması nəticəsində 3 mülki vətəndaş ölüb, 4 vətəndaş isə yaralanıb.


Bu barədə Sari Pul vilayətinin rəsmisi məlumat verib.

 




Mənbə: Əfqanıstan mətbuatı Oxunub: 327 dəfə; Tarix: 2020-06-02 15:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!