"Foreign Policy": ""Taliban" lideri koronavirusdan ölüb"


Eastnews.org-un verdiyi xəbərə görə, "Taliban" liderinin koronavirusa yoluxması ilə bağlı xarici siyasət hesabatından sonra Amerika nəşri Heybətullah Axunzadənin kornavirus xəstəliyindən öldüyünü bildirib.


Amerikanın "Foreign Policy" jurnalı bir neçə nüfuzlu "Taliban" rəsmisinə istinadən qrupun lideri Heybətullah Axundzadənin koronavirusdan öldüyünü söyləyib.


Qeyd edək ki, dünən "Taliban" liderinin koronavirusa yoluxması barədə xəbər yayılmışdı. Xəbər Əfqanıstanın keçmiş yüksək rütbəli komandiri Mövludu Məhəmməd Əli Jan Əhmədə istinadən verilmişdi.


Əhməd əvvəl Axundzadənin xəstə olduğunu, lakin müalicə olunaraq sağaldığını demişdi. Pakistanın Quetta şəhərində yerləşən digər üç yüksək səviyyəli "Taliban" komandirinin sözlərinə görə, "Taliban" lideri xəstəlikdən ölüb. Bu günə qədər Axundzadənin xəstəliyi barədə təsdiqlənmiş xəbər yayımlanmayıb.


"Taliban" mətbuat katibi Mücahidi isə bu tip xəbərləri Qərb mediasınn təbliğatı adlandırıb və yayılan xəbərləri təkzib edib.




Mənbə: FNA Oxunub: 303 dəfə; Tarix: 2020-06-02 10:28
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!