İraqda İŞİD terrorçularına məxsus sığınacaqlar məhv edildi


Eastnews.org-un verdiyi xəbərə görə, İraq hərbçiləri Səlahəddin vilayətindəki Samirra şəhəri ətrafında İŞİD terrorçularına məxsus 7 sığınacağı məhv edib.


Bu barədə İraqın “As-Sumaria” xəbər portalı məlumat verib.


Məlumata əsasən, əməliyyat komandiri, briqada generalı İmad əz-Zuheyri İraq ordusu və federal polis tərəfindən iki istiqamətdə 100 ilə 150 ​​kvadrat kilometrə qədər ərazidə genişmiqyaslı əməliyyat təşkil edildiyini söyləyib. Nəticədə 7 terrorçu sığınacağı dağıdılıb, 23 partlayıcı qurğu zərəsizləşdirilib, terrorçuların istifadə etdiyi bir neçə səngər dağıdılıb.


Bundan əlavə, əməliyyatlar nəticəsində axtarışda olan 12 nəfər saxlanlılıb, bir sıra yollar açılıb.


İŞİD terrorçularının yatan hücrələrinin axtarışları istiqamətində keçirilən əməliyyatların davam edəcəyi qeyd edilib.




Mənbə: SANA Oxunub: 482 dəfə; Tarix: 2020-06-02 10:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!