Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək.

 

Məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə əlaqədar ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. Ölkə başçısı Mərkəzi Seçki Komissiyasına, Rusiya İstehlakçıların Hüquqlarına və İnsan Rifahına Nəzarət üzrə Federal Agentliyə, həmçinin regionların rəhbərlərinə seçki sahələrində tam təhlükəsizliyi təmin etmək barədə tapşırıq verib.

 

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə əvvəlcə aprelin 22-nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən proses təxirə salındı.




Mənbə: Azərtac Oxunub: 253 dəfə; Tarix: 2020-06-01 23:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!