Ukrayna iyunun 15-dən bəzi ölkələrlə aviareysləri bərpa etməyi planlaşdırır


Eastnews.org-un verdiyi xəbərə görə, Ukrayna iyunun 15-dən etibarən beynəlxalq və daxili müntəzəm aviadaşımaları bərpa edəcək. Hazırda hökumət populyar turistik istiqamətlərə - Türkiyə, Yunanıstan, Kipr və Gürcüstana avareysləri bərpa etməyi planlaşdırır.

 

Bu barədə Ukraynanın Struktur naziri Vladislav Krikli “1+1” telekanalının efirində məlumat verib. Onun sözlərinə görə, aviauçuşlar iki şərtlə - birincisi, həmin ölkələrin Ukrayna üçün aviauçuşlara açıq olması, ikincisi, epidemioloji vəziyyət nəzərə alınaraq bərpa olunacaq.

 

Nazir qeyd edib ki, İtaliyada və İspaniyada epidemioloji vəziyyətin gərgin olması səbəbindən həmin ölkələrə aviareyslər bərpa edilməyəcək.

 

Krikli, həmçinin bildirib ki, hazırda Ukrayna hökuməti ölkəyə gələn turistlərin hava limanında koronavirus testindən keçmələri ilə bağlı qərar hazırlayır və bu qərara əsasən onlara qarşı 14 günlük özünütəcrid rejimi tətbiq olunmayacaq. Turistlər test analizi verdikdən üç-dörd saat sonra şəhərə çıxa biləcəklər.




Mənbə: Azərtac Oxunub: 191 dəfə; Tarix: 2020-06-01 23:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!