Ərdoğan ABŞ polisinin qaradərili şəxsi öldürüməsini faşist davranışı adlandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Nyu-York şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.


"Mən bu qeyri-insani təfəkkürü qınayıram", - deyən Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi "Tvitter" hesabında ingilis dilində paylaşım edib:


"ABŞ-ın Minneapolis şəhərində işgəncə nəticəsində Corc Floydun öldürülməsinə səbəb olan irqçi və faşist yanaşması bütün dünyada qarşılaşdığımız ədalətsizliyin ən ağrılı təzahürlərindən biridir. Bizə yaradan görə sevməyi öyrədən İslam dinin bir nümayəndəsi olaraq bu qeyri-insani təfəkkürü qınayıram. Harada, hansı kontekstdə, hansı yolla olmasından aslı olmayarq Türkiyə həmişə insanlığa qarşı hər cür hücuma qarşı olub. Peyğəmbərimi həzrət Məhəmməd buyurub ki, ağ dərilinin qara dərilidən heç bir üstünlüyü yoxdur. Qara rəngin də ağdan üstünlüyü yoxdur. Bu prinsipə uyğun olaraq irqi, rənginə, dininə, dilinə və inancına görə ayrı-seçkilik etmədən bütün bəşəriyyətin hüquqlarını qorumaq üçün mübarizəmizi davam etdirəcəyik".


Ərdoğan daha sonra "İnanıram ki, bu qeyri-insani hərəkətin günahkarları layiq olduqları cəzanı alacaqlar. Məsələni izləyəcəyik. Corc Floydu hörmətlə anıram, ailəsinə və yaxınlarına başsağlığı diləyirəm", - deyib.




Mənbə: FNA Oxunub: 191 dəfə; Tarix: 2020-05-29 16:14
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!