Qazaxıstan beynəlxalq reysləri bərpa etməyə başlayacaq


Eastnews.org-un verdiyi xəbərə görə, Qazaxıstan aviareyslərin bərpa edilməsi üçün işlərə başlayacağı və ilkin mərhələdə Cənubi-Koreya, Çin və Azərbaycan marşrutlarının işlənəcəyini bildirib.


Bu barədə bu gün Qazaxıstanın mülki aviasiya komitəsinin sədri Talqat Lastaev məlumat verib.


“Bu gün idarələr arası komissiyanın iclasında beynəlxalq marşrutların bərpası ilə bağlı işə başlamaq barədə razılıq əldə etdik. Bu iş Səhiyyə Nazirliyinin tövsiyələrindən və epidemioloji vəziyyətdən asılı olaraq mərhələlərə bölünür. Birinci mərhələdə Cənubi Koreya, Çin və Azərbaycan kimi ölkələr nəzərdə tutulub”, - deyə Talqat Lastaev birfinqdə bildirib.


Onun sözlərinə əsasən, bu cür işlərin aparılacağı ikinci qrupa Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Tailand və Çexiya daxildir.


Eyni zamanda, Lastaev uçuşların dərhal başlamayacağını, ancaq bütün səlahiyyətlilərin razılaşdığı və epidemioloji vəziyyətdən asılı olaraq bərpa olunacağını qeyd edib.




Mənbə: RİA Oxunub: 140 dəfə; Tarix: 2020-05-29 15:20
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!