Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı aviasiyası Yəmənin Bəyda, Səada, Mərib, Həcca və əl-Cəuf vilayətləri ərazisinə ondan artıq zərbə endirib.


Yəmənin “Al-Masirah” televiziya kanalının hərbi mənbələrə istinadən verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanı hərbi aviasiyası Səada vilayətinin Ktaf və əz-Zahir rayonlarına 11 dəfə, Mərib vilayətinin Məczar və Məqdal bölgəsinə 5, Bəyda vilayətinin Kaniyu rayonuna 4, Mərib vilayətinin Hərada raonuna isə 1 dəfə hücum edib.


Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 




Mənbə: Almasirah Oxunub: 246 dəfə; Tarix: 2020-05-29 14:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!