Suriyada xanım Zeynəb və həzrət Rüqəyyənin ziyarətgahları yenidən açılıb


Eastnews.org-un verdiyi xəbərə görə, Suriyada yerələşən həzrəti Zeynəbin (s.ə) ziyarətgahının qapıları yenidən ziyarətçilərin üzünə açılıb.


Bu barədə "İRİB" saytı məlumat yayıb.


Məlumata görə, Dəməşqdə yerləşən iki müqəddəs ziyarətgah müəyyən olunmuş tədbirlər görüldükdən sonra yenidən açılıb.

 

İmam Əlinin (ə) qızı həzrət Zeynəbin müqəddəs ziyarətgahının yenidən açılması, Suriya Vəqflər Nazirliyinin, bu ölkədə məscidlərin protokollarına uyğun olaraq yenidən açılacağı ilə bağlı açıqlamasından sonra baş verib.

 

Açıqlamaya görə, müqəddəs ziyarətgahın namaz salonundakı beş ziyarətgahda camaat namazları da qılınacaqdır. Həmçinin Dəməşq şəhərinin mərkəzində yerləşən İmam Hüseynin qızı həzrət Rüqəyyənin müqəddəs ziyarətgahı eyni vaxtda zəvvarların üzünə açılacaqdır.

 

Müqəddəs ziyarətgahlar təxminən iki ay əvvəl Suriya hökumətinin koronavirusun yayılması ilə mübarizə tədbirləri ilə eyni vaxtda bağlanmışdı.




Mənbə: İRİB Oxunub: 1038 dəfə; Tarix: 2020-05-28 12:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!