İran ABŞ-ın neft sanksiyalarını alt-üst edir - Analiz


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya mediası İran neft tankerlərinin ABŞ-ın təzyiqlərinə baxmayaraq Venesuelaya getməsini və İranın ABŞ-ın neft sanksiyalarına əhəmiyyət vermədiyini analiz edib.

 

Rusiyanın "Sputnik" xəbər agentliyi İran neft tankerlərinin Venesuelaya daxil olduğunu və İranın neft sanksiyalarına qələbə çaldığını qeyd edib.

 

Məlumata görə, "Fortune", "Forrest" və "Petunia" adlı üç İran neft tankeri ABŞ-ın təhdidlərinə baxmayaraq Latın Amerikası ölkəsinə kömək etmək üçün Venesuelaya çatıb. Üç tanker Venesuelaya daxil olan digər iki tanker ilə birlikdə Latın Amerikasına cəmi 1,53 milyon barel yanacaq idxal edəcək. 

 

"Xarazmi" universitetinin professoru Seyid Səid Mirtrabi Hüseyni "Sputnik"ə bildirib ki, İranın yanacaq daşıması əslində İranın ABŞ sanksiyalarına qələbə çalması anlamına gəlir:

 

"ABŞ həm İrana, həm də Venesuelaya qarşı sanksiyalar tətbiq edib. Lakin ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi sanksiyalara qarşı çıxmağa razılaşdılar. Tankerlərin Venesuelaya uğurla daxil olması İranın ABŞ-ın sanksiyalarına qarşı bir yol tapdığını təsdiqləyir. İran ABŞ-ın birtərəfli sanksiya siyasətinə məruz qalan ölkələrin ABŞ-a qarşı vahid cəbhədə birləşməsini istəyir. Trump administrasiyasının İran iqtisadiyyatına qarşı maksimum təzyiq siyasətindən istifadə etməsindən sonra Tehran da yanaşmasını dəyişib. Əvvəllər bəzi ölkələri ABŞ sanksiyalarına əməl etməməyə inandırmağa çalışsa da, artıq sanksiyalara etiraz edir və ABŞ-ın sanksiyalarına qarşı birgə koalisiya yaratmağa çalışır".

 

Beynəlxalq Enerji Tədqiqatları İnstitutunun direktor müavini Məhəmməd Sadiq Cokər açıqlamasında qeyd edib ki, İran tankerlərinin Venesuelaya daxil olması 2020-ci il ABŞ prezident seçkilərində Trampa ağır zərbə olacaq. Rusiya, İran və Venesuela Trampın iqtisadi sanksiyalar siyasətini daha zəif və effektiv etməməsi üçün birlikdə işləyə bilər.

 

"Sputnik" daha sonra İran tankerlərinin təhlükəsizliyindən bəhs edib. Xarazmi universitetinin professoru Seyid Səid Mirtabi Hüseyni bildirib ki, ABŞ-ın Atlantik okeanında və ya Venesuela sahillərində İran neft tankerlərini hədəf alması ehtimalı yüksəkdir. Belə bir hərəkət ABŞ üçün çox baha başa gələr:

 

"ABŞ-ın İran tankerlərinə hücum və ya qaçırmaq üçün addımlar atacağını düşünmürəm. Bu, beynəlxalq daşınma qanunlarının pozulmasıdır və ABŞ-a baha başa gələcək. Vaşinqtonun bu mövzuda xəbərdarlıqları puçdur. İran tankerlərinə qarşı ola biləcək hər hansı bir hücuma dərhal reaksiya verəcək və ABŞ Hərbi Dəniz Qüvvələrini hədəf alacaq. Amerika Birləşmiş Ştatları media müharibəsi yolu ilə Venesuela və İrana qarşı addımlar atmağa çalışa bilər. Yaxın günlərdə ABŞ, Venesuela hökumətini valyuta ehtiyatlarını oğurlamaqda və İranın pulunu ödəməkdə ittiham etmək kimi media müharibəsi başlatmaqla Tehran və Karakasın əleyhinə addımlar ata bilər".

 

"Fortune" və "Forrest" tankerləri dünən ABŞ-ın təhdidlərinə və təzyiqlərinə baxmayaraq Venesuelaya daxil olub. Bu gün isə İranın üçüncü tankeri Venesuela sularına daxil olub. Barbadosun cənubundakı "Petunia" tankerinin Karib dənizi ilə Şimali Atlantika okeanı arasında hərəkət etdiyi bildirilib. İranın dördüncü və beşinci tankerlərinin yaxın zamanda Venesuelaya gələcəyi gözlənilir. Buna görə, hazırda Barbados yaxınlığında olan üçüncü İran neft tankerinin bir saatdan az müddətdə Venesuela sularına daxil olması gözlənilir. Son iki gündə iki İran neft tankeri, ABŞ-ın dəfələrlə təhdidlərinə baxmayaraq, Venesuela limanına daxil ola bilib. ABŞ-ın ağır sanksiyaları altında olan İran yanacaqdoldurma tankerlərinin Venesuelaya gəlişi hökumət rəsmiləri və İran xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbiylə yanacaq çatışmazlığı ilə üzləşən Venesuellaya yanacaq göndərilməsi qərarı Vaşinqton rəsmilərini qəzəbləndirib. ABŞ hökumətinin yüksək vəzifəli bir nümayəndəsi verdiyi açıqlamada Vaşinqtonun İranın Venesuelaya yanacaq təhvil verməsinə reaksiya vermək üçün müvafiq tədbirləri nəzərdən keçirdiyini söyləyib.




Mənbə: Sputnik Oxunub: 6355 dəfə; Tarix: 2020-05-27 12:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!