Eastnews.org saytının əməkdaşı beynəlxalq telemitinqdə ölkəmizi təmsil etdi


Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Türkiyədə online platforma üzərindən bir neçə ölkədən İctimai Birlik və media qurumlarının yer aldığı "Qüds günü" konfransı təşkil olunub.

 

Tədbir Bakı vaxtilə 16.15-də start götürüb. Tədbirdə iştirak edən hər ictimai birlik və media qurumuna çıxış üçün 3-4 dəqiqə vaxt verilməklə mövzu ətrafında diskusiya keçirilib.


Ölkəmizdən tədbirə dəvət eastnews.org saytına təklif olunub və saytın əməkdaşı Faiq Rəsulzadə "Qüds və Qarabağ" mövzusunda çıxış edib. 

 

Əməkdaşımızın telemitinqdəki çıxışının mətnini oxuculara təqdim edirik:

 

"Öncəliklə bütün müsəlmanların ortaq qərarı kimi bir məsələni şüar kimi dilə gətirmək istəyirəm. Qüds müsəlman torpağıdır. Hazırda sionizmin işğalı altındadı. Biz qüdsə sadəcə bir məkan kimi baxsaq Allah evidir və ilk qibləmizdir. Amma İslam sadəcə bədəndən ibarət deyil. Bu bədəni idarə edən bir ruh var. Bu ruh, yəni İslamın ruhu ilk qiblənin nə demək olduğunu və hansı dəyərə malik olduğunu düşünməyə vadar edir. Bu gün Qüds bir mübarizə simvoludur. Azadlıq simvoludur. Amerikanın Yaxın Şərqə gətirmək istədiyi azadlıq kimi yox, Allahın istədiyi kimi bir azadlıq anlayışı! Bütün dünya müsəlmanları birdəfəlik anlamalıdır ki, Qüds bizimçün hansı dəyərə malikdir. Qüdsü əlimizdən almaqla İslamın ruhunu alırlar.


İslamın köklərində təvəlla və təbrra var. Allahın dostuyla dost, düşməniylə düşmən olmaq, təəssüf ki, ərəb dünyasında, İslam aləmində Allahın düşməniylə dost olan ərəb ölkələri bu gün Fələstinin dar günündə yanında deyil, düşməninin yanında yer alırlar. Bu gün həm də Ərəb dünyası üçün utanc günüdür.

Diqqətinizi eyni dərddə olan başqa bir yerə çəkmək istəyirəm. Canımız, qanımız Qarabağ! İslam dünyası, müsəlman ölkələri, vicdanı olan hər kəs eyni zamanda Qarabağı dilə gətirməlidir. Çünki eyni dərd, eyni amaldır. Qüds və Qarabağın oxşarlıqları çoxdur. Qüdsü başkənt etmək istəyn zehniyyətlə ,dün Şuşanı başkent etmək istəyən zehniyyət eynidir. Sionizm, terror düşüncəsi deməkdir. Və bu Dağlıq Qarabağda da eynidir, Fələstində də!


30-ilə yaxındır ki, imperialist ölkələrinin yaratdığı ATƏT-in Minsk qrupu eynən Fələstin məsələsi kimi işğalçını deyil işğal olunan tərəfi danışıqlarda güzəştlərə çağırır. Qüdsün Qarabağın taleyi oxşardır və bunun bir həll yolu var. Güçləri birləşdirib işğal altında olan torpaqları azad etmək. Çünki işğalçı sionizm təfəkkürü bir dil bilir – o da güc dilidir".
 




Mənbə: Eastnews.org Oxunub: 332 dəfə; Tarix: 2020-05-22 16:20
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!