Ayətullah Xamenei: "Sionizm virusu gənclərin səyləri və imanı ilə bölgədən silinəcək" - Tam mətn


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei beynəlxalq Qüds Günü münasibətilə müsəlmanlara müraciət edib.


"Şübhəsiz ki, sionizm virusu uzun sürməyəcək və gənclərin səyləri, inamı, qeyrəti ilə bu bölgədən silinəcək. Bu gün Qüds Günüdür; İmam Xomeyninin ağıllı təşəbbüsü ilə bütün müsəlmanların müqəddəs Qüds və məzlum Fələstinin yanında olması üçün təyin olunan gündür. Uzun müddət Qüds Gününü alqışladılar və bunu ən önəmli vəzifə və Fələstin azadlıq bayrağını qaldırmaq kimi qeyd etdilər. İmperializm və sionizmin əsas siyasəti Fələstin məsələsini müsəlman cəmiyyətlərinin beynindən silmək və onu unutdurmaqdır. Ən aktual vəzifə isə İslam ölkələrində düşmənlərin siyasi və mədəni muzdlu işçiləri tərəfindən törədilən bu xəyanətə qarşı mübarizə aparmaqdır. Və həqiqət budur ki, Fələstin məsələsinin böyüklüyü, müsəlman xalqlarının qeyrət, özünə inam və artan zəkası vasitəsilə unudulmasına imkan vermir. Ancaq ABŞ və digər hegemonlar, regional kuklalar bunun üçün bütün maddi vəsaitlərini və güclərini istifadə edirlər", - deyə Ayətullah Xamenei bildirib.


Seyid Əli Xamenei daha sonra bunları qeyd edib:


"Əvvəla bu Fələstin dövlətinin qəsb olunmasını və orada sionizm kimi xərçəng xəstəliyinin yaranmasının böyük faciəsini xatırladır. Bəşər tarixində və günümüzə yaxın cinayətləri arasında bu böyüklükdə və şiddətdə cinayət yoxdur. Bir ölkənin qəsb edilməsi, insanların qətli, cinayətin ən dəhşətli formaları, nəsillərin məhv edilməsi və onilliklər boyu davam edən tarixi təzyiqlərlə insanların öz yurdlarından, doğma torpaqlarından əbədi olaraq qovulması, həqiqətən insan təbiətinin və pisliyin yeni bir qeydidir.


Bu faciədə əsas günahkar qərb dövlətləri və onların pis siyasətləri idi. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Qərbi Asiya bölgəsini, Osmanlı İmperatorluğunun Asiya ərazisini bölüşdükləri bir gündə Paris konfransında müharibənin ən böyük qəniməti olaraq özlərinə aralarında hökmranlığı təmin etmək üçün bölgənin mərkəzində etibarlı bir bazaya ehtiyac duydular. Özlərini irəlidə hiss etdilər. Uzun illər İngiltərə Balfurun planı üçün zəmin hazırlamışdı və yəhudi hökmdarlarının razılığı ilə sionizm adlı bir yenilik hazırlamışdı. Bu illərdən başlayaraq, tədricən irəlilədilər və nəhayət, II Dünya Müharibəsindən sonra bölgə hökumətlərinin səhlənkarlığı ilə saxta rejim və milləti olmayan sionizm rejimini elan etdilər. Hədəf əvvəlcə Fələstin milləti, sonra bölgədəki bütün millətlər idi.


Bölgədəki sonrakı hadisələrə nəzər salsaq, görərik ki, sionist dövlət qurmaqda qərblilər və yəhudi şirkətlərinin əsas, təcili məqsədi Qərbi Asiyada özləri üçün daimi iştirak, təsir bazası yaratmaq, ölkələrə, hökumətlərə müdaxiləyə üstünlük vermək idi. Beləliklə, saxta və qəsbkar rejimi hər cür güclə istər hərbi, istərsə də mülki, hətta nüvə silahları ilə təchiz etdilər. Planlarında Nildən Fərata qədər bu xərçəng hüceyrələrinin böyüməsini təmin etmək idi.


Təəssüf ki, əksər ərəb dövlətləri tədricən ilk müqavimətdən sonra təslim oldu. Xüsusən Amerik Birləşmiş Ştatları məsələnin himayəçisi kimi gəldikdən sonra həm insani, həm İslami, həm də siyasi məsuliyyətlərini, həmçinin ərəb cəsarətlərini unutdular. Yalançı ümidlərlə düşmən hədəflərinə kömək etdilər. "Camp David" bu acı həqiqətin bariz nümunəsidir.


İlk illərdəki bəzi fədakar mübarizələrdən sonra yaraqlı qruplar tədricən işğalçı və tərəfdarları ilə Fələstin mübarizəsinin reallaşmasına səbəb ola biləcək yoldan imtina edərək, danışıqlara başladılar. ABŞ və digər qərb hökumətləri ilə eləcə də BMT ilə danışıqlar Fələstin üçün acı və uğursuz bir təcrübədir. Zeytun budağının BMT Baş Assambleyasında göstərilməsi ziyanlı Oslo razılaşmasından başqa heç nə ilə nəticələnmədi və nəticədə Yasir Ərəfatın ibrətli taleyi yaddaşlarda qaldı.


İranda İslam İnqilabının yüksəlişi Fələstin mübarizəsində yeni bir fəsil açdı. Bölgədə müqavimət qrupları yarandı, bu bütün bölgəyə yayıldı və problemi həll etmək ümidi onların qəlbində çiçək açdı. Müqavimət cəbhəsinin yaranması ilə sionist rejimin işi getdikcə daha da çətinləşdi. Əlbəttə ki, gələcəkdə bu daha çətin olacaq. ABŞ-ın rəhbərlik etdiyi rejim tərəfdarlarının onu müdafiə etmək səyləri də kəskin artıb.


Livanda "Hizbullah"ın sadiq, gənc və fədakar qüvvələrinin meydana çıxması və Fələstin sərhədləri daxilində "Həmas", "İslami Cihad"ın qruplarının yaradılması təkcə sionist liderləri deyil, həm də ABŞ-ı və digər qərb dövlətlərini narahat etdi. Bölgə içərisindən və ərəb icmasından bəzilərinin qəsbkar rejimə qarşı yumşalması üçün çalışdılar. Bu gün onların zəhmətinin nəticəsi bəzi ərəb dövlətlərinin xain rəhbərlərinin davranışlarında və nitqlərində aydın hiss olunur.


Buna əsaslanaraq, Fələstin məsələsindən narahat olanların hamısına bəzi tövsiyələr vermək istəyirəm:


1. Fələstinin azad edilməsi uğrunda mübarizə Allah rizası üçün cihad vacibdir və İslamın tələbidir. Belə bir mübarizədə qələbə mütləqdir. Bundan əlavə, Fələstin məsələsi insani bir məsələdir. Cinayətkarlıqla milyonlarla insanın evlərindən, təsərrüfatlarından, yaşayış yerlərindən və iş yerlərindən qovulması, hər bir insanın vicdanını təhqir edir və təsir edir. Buna görə bunu sırf Fələstin və əsasən ərəb məsələsi ilə məhdudlaşdırmaq böyük bir səhvdir.


2. Bu mübarizənin məqsədi bütün Fələstin torpaqlarının dənizdən quruya kimi azad edilməsi və bütün fələstinlilərin vətənlərinə qayıtmasıdır. Fakt budur ki, bu gün milyonlarla fələstinli bu böyük cihadda səy göstərə biləcək bir düşüncə, təcrübə və özünə inam səviyyəsinə çatıb və şübhəsiz ki, Allahın qələbəsinə əmin ola bilərlər. Şübhəsiz ki, dünyanın bir çox müsəlmanı kömək edəcək və onlara rəğbət bəsləyir, inşallah.


3. Bu mübarizədə hər hansı bir qanuni yollardan istəfadə, o cümlədən qlobal dəstəkdən yararlanmaq icazəlidir. Lakin qərb hökumətlərinə etibar etməkdən çəkinmək lazımdır. Onlar İslamın düşmənləridirlər. İnsanların və millətlərin hüquqlarına hörmət etmirlər. Özləri də İslam ümmətinə ən çox ziyan vurur və cinayət törədirlər. Hazırda bir neçə İslam və ərəb ölkələrində baş verən sui-qəsdlər, qırğınlar, müharibələr, partlayışlar və süni qəhətlik üçün hansı qurum və ya cinayətkar güc məsuliyyət daşıyır? Bu gün dünya koronavirus qurbanlarının sayını dünyada tək-tək sayır, lakin heç kim ABŞ və Avropanın müharibə alovunu yandırdığı ölkələrdə yüz minlərlə şəhid, əsir və itkin düşmüş insanların qatillərinin və məsuliyyət daşıyanların kim olduğunu soruşmur. Əfqanıstanda, Yəməndə, Liviyada, İraqda, Suriyada və digər ölkələrdə baş verən bu ədalətsiz qan tökülməsində kim məsuliyyət daşıyır? Bütün bu cinayətlərə, Fələstində qəsb, məhv və zülmə görə kim məsuliyyət daşıyır? İslam dünyasında bu milyonlarla məzlum uşaqları, qadınları və kişiləri niyə kimsə hesablamadı? Niyə heç kim müsəlmanların qətliamına görə başsağlığı vermir? Niyə milyonlarla fələstinli yetmiş il evdən uzaqda və sürgündə olmalıdırlar? Bəs müsəlmanların ilk qibləsi olan müqəddəs Qüds niyə təhqir olunmalıdır? 


Qərbin "Uşaqların və qadınların hüquqlarını müdafiə etmək" şüarı Yəmən və Fələstindəki məzlum uşaqlar və qadınlara aid deyil. Bu qərb güclərinin vəziyyətidir. Bölgədəki bəzi hökumətlərin vəziyyəti rüsvayçılıq və biabırçılıq baxımından daha da pisdir. Buna görə qeyrətli və imanlı bir müsəlman cəmiyyəti özünə və daxili gücünə güvənməlidir. Güclü qolunu çırmalayıb və Allaha təvəkkül edərək, maneələri dəf etsin.


4. İslam dünyasının siyasi və hərbi elitaları tərəfindən nəzərdən qaçırılmamalı vacib bir məqam ABŞ və sionistlərin Müqavimət Cəbhəsini zəiflətmək siyasətidir. Suriyada vətəndaş müharibəsinin başlanması, hərbi mühasirə, Yəməndə gündəlik qətllər, İraqda İŞİD-in canlanması və bölgədəki bəzi digər ölkələrdə bu kimi hallar hamısı müqaviməti zəiflətmək və sionist rejimə fürsət vermək üçün fəndlərdir. Müsəlman ölkələrindəki bəzi siyasətçilər düşmənin bu fəndlərdən istifadə etdiklərinin fərqindədirlər. Bu siyasətçilər bilərəkdən, bəziləri isə bilməyərəkdən bu siyasətin həyata keçirilməsinə yardımçı olurlar. Bu xəbis siyasətin qarşısını almağın yolu İslam dünyasının hər yerindən olan ciddi və qeyrətli gənclərin birgə səy göstərməsidir. Bütün İslam ölkələrində, xüsusən də ərəb ölkələrində olan gənclər İmam Xomeyninin bu sözünü unutmamlıdırlar: "Nə qədər gücünüz var ABŞ və sionist rejimin üzərinə qışqırın".


5. Sionist rejimin bölgədəki varlığını normallaşdırmaq siyasəti Amerika Birləşmiş Ştatlarının əsas siyasətlərindən biridir. ABŞ kuklaları rolunu oynayan bölgədəki bəzi ərəb dövlətləri iqtisadi əlaqələr və sair kimi zəruri şərtləri təmin etdilər. Bu səylər tamamilə nəticəsizdir. Sionist rejim bölgəyə ölümcül, zərərli bir əlavədir və şübhəsiz ki, aradan qaldırılacaq. Bu gün koronavirus bir reallıqdır və bütün insanlar bununla mübarizə aparmağı zəruri hesab edirlər. Uzun müddətdir davam edən sionizm virusu, şübhəsiz ki, uzun sürməyəcək və gənclərin səyləri, imanı ilə bölgədən silinəcək.


6. Əsas tövsiyəm mübarizəni davam etdirmək və müqavimət təşkilatlarının bir-birilə əməkdaşlığını gücləndirməsdir. Bütün Fələstin torpaqlarında müqavimət cəbhəsi genişləndirməlidir. Hər kəs bu müqəddəs cihadda Fələstin millətinə kömək etməlidir. Hər kəs Fələstin döyüşçüsünün əlini doldurmalı və kürəyini möhkəmləndirməlidir. Bu şəkildə qürurla əlimizdən gələni edəcəyik. Bir gün Fələstin döyüşçüsünün dinə, qeyrətə və cəsarətə sahib olduğunu və yeganə probleminin silah çatışmazlığının olduğunu başa düşdük. Allahın lütfü və rəhbərliyi ilə köməyimizi etdik, nəticəsi budur ki, Fələstində güc balansı dəyişdi. Bu gün Qəzza sionist düşmənin hərbi təcavüzünə qarşı çıxa və qalib gələ bilir".

7.  Fələstində  bütün  dinlərin və tayfaların itşirakı ilə  referendum keçirilməli və idarə olunmalıdır.




Mənbə: Mehr News Agency Oxunub: 1195 dəfə; Tarix: 2020-05-22 14:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!