Pekin: "ABŞ yalan danışmaqla yalnız bir müddət davam edə bilər"


Eastnews.org-un verdiyi xəbərə görə, koronavirusla əlaqədar ölkə haqqında yalan məlumat yaydığına görə ABŞ-ı tənqid edən Çin Xarici İşlər nazirliyi, faktların sonda dəqiqləşdiriləcəyini söyləyib.


Çin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Hua Çunying ABŞ-ı koronavirusun yayılması ilə bağlı yalan və yanlış məlumat yaydığına görə tənqid edib.

 

Çinli diplomat öz "Twitter" səhifəsində yazıb:

 

"Amerika Birləşmiş Ştatları tərəfindən yalan məlumatların yayılması davamlı olaraq bəzilərini çaşdıra və yoldan çıxara bilər. Ancaq sonda faktlar açıqlanacaq.

 

Daha sonra ABŞ-ın koronavirus haqqında söylədiyi bir neçə yalanı açıqlayıb:


"Yanvarın 22-də Vuhanda karantin elan olunduğu zaman ABŞ yalnız bir xəstənin olduğunu iddia etdi. ABŞ 13 martda 1896 nəfər yoluxma halı olarkən fövqəladə vəziyyət elan etdi. Martın 19-da Çin koronavirusa yoluxma halının sıfıra endiyini açıqladı. Bu zaman ABŞ-da 70,887 yoluxma var idi. ABŞ-da hazırda 1,570.583 yoluxma və 93.533 ölüm var. Kim cavab verməlidir?"


ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Mayk Pompeo son həftələrdə dəfələrlə iddia edib ki, koronavirus Çinin Vuhan şəhərində bir laboratoriyada hazrlanıb.

 

Lakin Amerikanın iddiasına cavab olaraq, Almaniya Federal Kəşfiyyat Xidməti, onların ittihamlarının Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının Almaniyada koronavirusun yayılmasının qarşısını almaq üçün diqqəti yayındırmaq cəhdi olduğunu söyləyib.




Mənbə: FNA Oxunub: 124 dəfə; Tarix: 2020-05-21 12:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!