Səudiyyə Ərəbistanının qızıl dövrünün sonu yaxınlaşır - Analiz


Eastnews.org-un verdiyi xəbərə görə, dünyada koronavirusunun başlaması nəticəsində yaranan neft qiymətlərinin aşağı düşməsi Səudiyyə liderləri üçün o qədər problem yaratdı ki, bu zəngin ərəb ölkəsinin qızıl dövrünün sonu hesab olunur.

 

Səudiyyə Ərəbistanı üçün cari və hazırda əsas problem, Yəməndəki müharibə, Suriya, İraq, Liviya və Livanda terrorçu qrupları maliyyələşdirmək və Məhəmməd ibn Salmanın səmərəliliyini nəzərə alaraq ölkədəki idarəetmə problemlərini həll etməkdir. Bu problemlər 2015-ci ildə ən yüksək həddə çatıb və zəngin Səudiyyə Ərəbistanını bir çox problemlə üzləşdirib.

 

Son illərdə Səudiyyə Ərəbistanı, Suriya, İraq, Livan, Yəmən və bölgədəki digər ölkələri terrorçu qruplarla təchiz etmək və silahlandırmaq üçün 200 milyard dollar xərcləyib. 300 milyardlıq Yəmən müharibəsini də buna əlavə etmək olar. Səudiyyənin neft gəlirlərinin təxminən 500 milyard dollarını bölgədəki müsəlman xalqını öldürmək və onlara qarşı hiylə qurmaq üçün xərclədiyini görürük.

 

Səudiyyənin səhv siyasətləri, xüsusən də təcrübəsiz vəliəhd şahzadə Məhəmməd ibn Salman, Səudiyyə Ərəbistanında iqtisadi böhrana səbəb olub. Səudiyyə məmurlarına qarşı sərt siyasət yürüdüb və bəzilərini həbs edib. Bu siyasət nəticəsində Səudiyyə xalqına yaşayış müavinətlərinin ödənişi dayandırılıb.

 

"New York Times" qəzetində dərc olunan məqalədə Səudiyyə Ərəbistanı dünya neft qiymətlərinin düşməsi və koronavirusun başlaması fonunda Səudiyyə Ərəbistanındakı mövcud vəziyyət araşdırılıb. Qəzetin yazısında qeyd olunub ki, Səudiyyə Ərəbistanı bu gün bir çox böhranlarla üzləşir. Koronavirusun yayılması təkcə Səudiyyə Ərəbistanındakı gündəlik həyata təsir etməyib, həm də Səudiyyə Ərəbistanını geniş sərvətindən məhrum edib.

 

İki böhran Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın iqtisadi və sosial planlarını da təhdid edib və hətta ölkənin təhlükəsizliyinə təhlükə yaradıb.

 

İbn Salman bu yaxınlarda Səudiyyə Ərəbistanının neft gəlirlərinə əbədi etibar edə bilmədiyini etiraf edib. Eyni zamanda ölkədə başladığı sosial islahatlarla yanaşı, 2030-cu ilə qədər super şəhər sahil proyektini qurmağı planladığını açıqlayıb. Səudiyyə Ərəbistanının neftdən və Həccdən əldə etdiyi gəlirlərin çox az olduğunu nəzərə alsaq, bu çətin görünür.

 

Yaxın Şərq üzrə ekspert və analitik Maykl Stefen Londonda bir araşdırma institutunda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi tərəfindən nəzərdən keçirilən 2030-cu il planının çox çətinləşdiyini və Səudiyyə Ərəbistanının hazırda ən çətin dövrünü vəliəhd Məhəmməd ibn Salmanın rəhbərliyi altında keçirdiyini söyləyib. Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Cəddanın "Bloomberg"ə verdiyi müsahibədə dediyi kimi, layihə ləngiyir.

 

Maliyyə mütəxəssisi Karen Young bildirib ki, Səudiyyə hökumətinin hazırkı hesabı və neftin indiki qiymətləri əsas götürülsə səudiyyəlilər daha çox borc almalı olacaqlar. Bu da Səudiyyənin gələcəyini daha da çətinləşdirəcəkdir.

 

Hal-hazırda Səudiyyə Ərəbistanı iqtisadi böhranı, Səudiyyənin daxili mediasında reaksiyalara səbəb olan, ölkəni parçalayan sinif bölgüsünü ortaya qoyub. Səudiyyədən olan bəzi istifadəçilər "Twitter"də İngiltərənin "Nyukasl" futbol klubunun alınması da daxil olmaqla bəzi tədbirləri sərt tənqid ediblər.

 

Səudiyyə Ərəbistanındakı bugünkü vəziyyət keçmişdən çox fərqlidir. Əvvəllər zəngin Səudiyyə Ərəbistanı həmişə böyük neft gəlirləri səbəbindən digər ölkələrə aşağı faizli kreditlər və ya pulsuz kreditlər verirdisə, indi Ali Səud üçün vəziyyət, neft və qeyri-neft dollarlarının, xüsusilə müharibənin acınacaqlı olmasına baxmayaraq, fərqlidir. Yəmən və Suriya, İraq və Liviyada terrorçuların dəstəyi Səudiyyələrin Dünya Bankından borc almasına da səbəb olub.

 

Səudiyyə Ərəbistanı üçün daha bir böyük problem, vəliəhd şahzadənin planlarının və xəyallarının uğursuzluğunu birbaşa əks etdirən, iki il əvvəl başlayan ölkənin inkişaf planının dayandırılmasıdır. Bu uğursuzluğun səbəbi hər tərəfdən Səudiyyə Ərəbistanındakı iqtisadi vəziyyətin zəif olmasına bağlıdır. Beynəlxalq təşkilatların iqtisadi hesabatları da göstərir ki, şahzadənin baxışı və siyasəti qeyri-real və Səudiyyə Ərəbistanının iqtisadi potensialı və sosial iqlimi ilə uyğun deyil.

 

Səudiyyə şahzadələri arasındakı daxili vəziyyət və çox sayda insanın həbs olunması, ibn Salmanın Səudiyyə Ərəbistanındakı səhv idarə etməsinin digər bir nəticəsidir ki, çox qısa müddətdə Səudiyyə ailəsini atəşə tutacaq. Bu isə saysız böhranlarla üzləşəcək Səudiyyə Ərəbistanının qızıl dövrünün sonu olacaq.




Mənbə: Eastnews.org/İrna Oxunub: 885 dəfə; Tarix: 2020-05-20 13:39
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!