İraqda televiziya kanalı qarşısında etiraz aksiyası keçirildi - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, İraq vətəndaşları Səudiyyə Ərəbistanına məxsus MBC televiziya kanalının Bağdad şəhərindəki ofisinə hücum edərək öz etirazlarını bildiriblər.

 

Məlumata əsasən, buna səbəb MBC kanalının efirində bu ilin yanvarında Bağdad hava limanı yaxınlığında ABŞ hərbçiləri tərəfindən iranlı general Qasim Süleymani ilə birlikdə qətlə yetirilən “Həşd Şabi” komandiri Əbu Mehdi əl-Mühəndisə terrorçu deməsi olub.

 

Etirazçılar televiziya kanalının ofisinə daxil olaraq oranı dağıdıblar. Bundan əlavə etirazçılar Səudiyyə Ərəbistanına qarşı şüarlar da səsləndiriblər.




Mənbə: Eastnews.org Oxunub: 168 dəfə; Tarix: 2020-05-18 21:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!