Koronavirus neftin əhəmiyyətsizliyini bir daha sübut etdi - Təhlil


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın "Washington Post" qəzeti neftin qiymətinin aşağı düşməsi və koronavirus böhranı ilə bağlı maraqlı məqalə yazıb.

 

Qəzet yazıda qeyd edib ki, bütün problemləri ilə koronavirus bir üstünlüyə sahib oldu və rəqəmsal dünyada neftin yeri olmadığını göstərdi. Artıq bərpa olunan enerjiyə qayıtmağın vaxtı gəlib.

 

Təhlil "Washington Post"un siyasi şərhçisi Fransisko Turo tərəfindən yazılıb.

 

2020-ci il həqiqətən qəribə və sərgüzəştli bir ildir, lakin bütün bu qəribə sərgüzəştlərin ən qəribə hadisələrindən biri də neftin qiymətinin aşağı düşməsidir.

 

Bu hadisə bazar ertəsi günü dünya neft bazarında baş verdi. Bazarda neft o qədər bol idi ki, dəyərsiz qaldı və satıcı alıcını aldırmağa məcbur etmək üçün hər müştəriyə 30 dollar ödəməli oldu. Bu şəkildə satıcı əlindəki bütün neftdən qurtulur və onunla nə edəcəyini və harada saxlamağı bilmir.

 

Belə bir proses nə deməkdir?

 

Bir sözlə ümumi düsturlar və məcazlar artıq neft bazarında işləmir. Söz mövzusu Rusiyanı zəifltmək üçün amansızcasına öz neft kranlatlarını açan və qiymət dərhal aşağı düşən bir Səudiyyədən bəhs edirik, ya da qiyməti artırmaq üçün öz neft krantlarını bağlayan OPEC-dən bəhs edirik. Neft çıxarmaq və neft istehsalını kəsmək prosesi asanlıqla başa çatdı ki, bir əl jesti ilə qapağı aça və bağlaya bilərsiniz. Ancaq bu belə deyil.

 

Bu gün dünya on illər əvvəlkindən fərqlidir. Bu gün keçmişdə olduğu kimi, artıq neft çıxarmaq asanlıqla açıla və bağlana bilən asan bir iş deyil. Bu gün neft hasilatı mükəmməl bir texnologiyadır ki, bu da yüksək texnologiya tələb edir. Bu gün neft yalnız quyudan çıxarıla bilər, əgər quyunun temperaturu və daxili təzyiqi ona buxar vurması ilə diqqətlə idarə olunarsa.

 

Beləliklə, görürük ki, quyudan neft çıxarmaq bir kran açmaq kimi deyil. Əlbəttə ki, neft hasilatı zərərsiz deyil. Bəzi quyular belədir ki, onların soyumasına və təzyiqlərinin aşağı düşməsinə imkan versək, qəflətən yeraltı karbohidrogenlər sərtləşən asfalt halına gəlir. Bu proses "asfalt çökmə" adlanır və yerin karbohidrogenlərini daim məhv edə bilər. Bu neft çıxarmaqda yeganə çətinlik deyil.

 

Neft çıxartmağın nə qədər çətin və yorucu olduğunu görürük. Eyni zamanda onu saxlamaq bir sıra daha çətin fəaliyyətlər tələb edir, lakin yenə də ölkələr kifayət qədər rezervuarlara sahib olduqları zaman ehtiyac duyduqları nefti vurmağa davam edirlər. Onların saxlayacaqları yoxdur və indi onu satacaq müştəri də yoxdur.

 

Bu nə qədər davam edə bilər?

 

2020-ci il həqiqətən qəribə hadisələr və əlbətdə mənfi hadisələr ilidir. Neft məsələsində bu qiymətin aşağı düçməsi vəziyyətinin uzun sürməsi çətin görünür. Davamlı görünən şey, tələbatın azalmasına səbəb olan koronavirusdur. Virusun yayılması ilə əlaqəli olan neftin aşağı qiyməti və ya bəlkə də başqa sözlə "neftin müsbət qiyməti" dir.

 

Bir sözlə neft bazarında həm istehsalçı, həm də istehlakçı üçün yalnız bir reallıq var və bu "aşağı neft" qiymətləridir. Bu aşağı neft qiyməti həm istehsalçı, həm də istehlakçı üçün iki əsas üstünlükyə malikdir. Birincisi sərvəti bölüşdürür, ikincisi istehsalçıya və istehlakçıya geosiyasi status verir.

 

Bəs niyə istehsalçılar istehsalda israr edir və hasilatı artırırlar?

 

İstehsalçı pulu əldə etmək üçün neft istehsa edir. Ylnız banklardan pul qazanmır. Həm də düzgün və həm də səhv şeylərə çox pul xərcləyir. Məsələn bəzi istehsalçılar bunu ABŞ-ın şil sənayesində lobbiçilik fəaliyyətinə sərf edirlər. Vladimir Putin bunu Krım və Suriyadakı hərbi sərgüzəştlərə xərcləyir. Məhəmməd ibn Salman bir neçə qitədəki cinayət iştahlarını doyurmaq üçün xərcləyir. Nikolas Maduro bunu Venesueladakı ölüm qruplarına maaş olaraq ödəyir. Şotlandiya bunu ibtidai məktəblərin inkişafına xərcləyir. Kanada da tibb bacılarına qayğı göstərərək xərcləyir. Beləliklə nefti olmayan ölkələrlə qazanclı bir vəziyyət görürük.

 

Fransa, Sinqapur və Yaponiyada neft yoxdur, buna görə də onu çıxarmağa və ixrac etməyə çox pul xərcləmirlər və bunun əvəzinə daxili inkişafa xərcləyirlər.

 

Çin, Macarıstan və Zimbabve də daxil olmaqla avtoritar rejimlər istisna deyil. Həm də neft çıxartma pullarını ciblərinə qoyub qənaət edirlər.

 

Neftin qiymətinə zərbə vuran və onun düşməsinə səbəb olan fəlakət qısa müddət ərzində bərpa olunan enerjinin vacibliyini bir daha vurğuladı.

 

Neft qiymətinin bu dövrü davam edərsə şübhəsiz ki, bir sıra qalıq yanacaq istehsalçılarını sıradan çıxaracaq. Bu tənəzzül dövrü, şübhəsiz ki, neft sənayesinə böyük sərmayələrin qarşısını alacaqdır. İnvestor ağlını itirməyincə gəlib kapitalını pul qazana bilməyəcəyi bir sahəyə qoymamalıdır. Orta müddətdə tələb və qiymət səviyyəsi yenidən yüksəlsə belə, neft sektorunda işləməkdə hələ də təhlükə hissi var.

 

Əlbəttə ki, qismən koronavirusun günahı var. Bərpa olunan enerji texnologiyası hər zaman neftlə rəqabət aparırdı və əvvəllər olduğu kimi böyüməyə davam edəcək və qısa müddətdə qalıcı yanacaqları geridə qoyub qala bilər.

 

Bütün çətinliklərinə görə koronavirus, müasir dövrdə və rəqəmsal əsrdə bu qədər əhəmiyyətsiz olan bir sənayenin uzun müddətdə necə çökə biləcəyini sübut etmək üstünlüyünə malikdir.

 

Toz-duman yatdıqdan sonra koronavirus mübahisəsi azaldıqda, yenidən neft sənayesinə investisiya qoymaq kaset lentlərinin istehsalına sərmayə qoymaq deməkdir. Neftin kaset lenti kimi bugünkü dünya üçün sona çatıb.




Mənbə: Washington Post Oxunub: 353 dəfə; Tarix: 2020-04-22 14:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!