Trampın neft müharibəsi planı; baş rolda Rusiya və Səudiyyə Ərəbistanı - Təfərrüat


ABŞ Prezidenti Donald Tramp əvvəlcə neft bazarında Riyad və Moskva arasındakı qiymət müharibəsinə razılıq verib. Lakin ABŞ-ın neft və qaz sənayesi əziyyət çəkdikdən sonra Riyad və Moskvaya təzyiqləri artırmağa başlayıb.


Keçən ay Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman arasındakı telefon danışığı bir-birinin üstünə qışqırmaqla sonlanmışdı. Bundan sonra Riyad neft bazarlarının tələbini artıqlaması ilə qarşıladı. Bu addım neftin qiymətinin sərbəst enməsinə səbəb oldu.


Telefon danışığı 6 martda OPEC + toplantısından əvvəl baş tutub. Bu da koronavirusunun yayılması və qlobal neft tələbinin azalması səbəbindən uğursuz olub. İstehsalın azaldılması ilə bağlı razılıq əldə edilməyib. Görüşdən bir qədər əvvəl Putinlə Məhəmməd ibn Salman arasında telefon danışığı baş tutub. İbn Salman telefon danışığı zamanı çox aqressiv danışıb. Putinə təcili bir müddət təyin edib. Şahzadə Rusiyanın Riyadla razılığa gəlmədiyi təqdirdə qiymət müharibəsi başlayacağını bildirib.


Anonimlik şərtiylə danışan bir Səudiyyə mənbəsi bildirib ki, çox şəxsi telefon danışığı olub. İbn Salman Putinlə aqressiv danışmamışdan əvvəl ABŞ Prezidenti Donald Trampın böyük məsləhətçisi Jared Kuşner ilə danışıb. Kuşner Səudiyyə vəliəhd şahzadəsinin Ağ Evdəki ən vacib dəstəkçisi hesab olunur.


İbn Salmanın Putinlə aqressiv danışması Kuşner tərəfindən dəstəklənib


Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın Putinlə telefon danışığı Trampın kürəkəni Kuşner tərəfindən dəstəklənib. Kuşner ibn Salmandan zəng etməsini istəməyib, lakin o, bundan xəbərdar olub və bunu qadağan etməyib.


Martın əvvəlində OPEC-in Rusiya və digər neft istehsal edən ölkələrlə görüşündən sonra gündə 1,5 milyon barel azaldılması barədə razılığa gəlmədikdə neftin qiyməti düşməyə başladı.


İclasdakı hesabatlar Səudiyyə Ərəbistanının Rusiya ilə güc mövqeyindən çıxış etməyə çalışdığını və Putinə dəstək verən hər kəsin təcrid olunduğunu göstərir.


Neftin ucuzlaşması əvvəlcə Trampın dəstəyi ilə müşayiət olundu. Neft qiymətlərinin aşağı düşməsinin ABŞ üçün ehtiyatlarını ucuz neftlə doldurması fürsəti təmin edəcəyinə inanılırdı.


Tramp dünənki açıqlamasında bildirib ki, neft ehtiyatlarını doldurub, Amerika vətəndaşlarına milyardlarla dollar fayda verəcklər.


Lakin bir müddət sonra Ağ Ev ABŞ neft istehsalçılarının etirazları ilə qarşılaşdıqdan sonra mövqeyini dəyişib. Bir çox neft istehsalçısı ABŞ-dan neftin hasilatına sərmayə qoymuşdur ki, bu da hasilatı səmərəli etmək üçün yüksək neft qiymətlərini tələb edir.


Moskva və Rusiya arasındakı sakit diplomatiya təsirsiz qaldı


Səudiyyə Ərəbistanının Putinlə neft hasilatı ilə bağlı mübahisəsi Moskva və Riyad arasındakı sakit diplomatiyaya zərbə vurdu. Diplomatiya Putinin ABŞ-ın "Aramco" neft qurğularına pilotsuz və raket zərbələrinə cavab verməməsindən yararlandıqda başlayıb. Putin ötən ilin sentyabrında Ankarada İran və Türkiyə liderləri ilə görüşdükdən sonra səudiyyəlilərə neft obyektlərinə dəstək olmaq üçün Rusiyanın raketdən müdafiə sistemini almağı təklif edib:


"Biz Səudiyyə Ərəbistanına kömək etməyə hazırıq. Səudiyyə Ərəbistanının siyasi liderləri yalnız ağıllı qərarlar qəbul etməlidirlər".


Yanvarın ortalarında Səudiyyə Ərəbistanı Rusiyanın "Panestir" hava hücumundan müdafiə sistemini satın almağa qərar verib.


Bu barədə Səudiyyə mətbuatı məlumat yayıb. Məlumata görə, Moskva və Riyad heç bir razılaşma imzalamayıb. Sistemi satın almağa qərar verdilər, lakin bir neçə şərtlə. Səudiyyəlilər bu rus sisteminin bir hissəsini içəridə qurmaq istəyirdilər. Rusiya raket sistemi demək olar ki, yeni idi və keçən il nümayiş olunub. Danışıqların aparıcısı Putinin yaxın dostu Kirill Dmitriev olub.


Dimitriev Rusiyanın ABŞ-ın Yaxın Şərqdəki boşluğunu doldurmaq niyyətində olmadığını söyləyib:


"Əslində səudiyyəlilərin ABŞ ilə strateji ortaqlığı haqqında danışmırıq və etdiyimiz işlər ABŞ-a qarşı deyil. Həqiqətən çox müsbət bir şey yaratmaq istəyirik. Niyyətimiz Səudiyyə iqtisadiyyatına və Rusiya iqtisadiyyatına kömək edəcək bir şey qurmaq və millətlərimiz arasında dostluq yaratmaqdır. Sovet dövründə çox fərqliliklərimiz var idi. Yaxın Şərqdə bir çox siyasətdə çox fərqliliklər var, amma mən böyük bir çıxış etdiyimizi bildirə bilərəm. Bunun səbəbi Putin və Səudiyyə Ərəbistanı kralı, indi isə Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmandır".


Kirill Dmitriev 12 apreldə Səudiyyə-Rusiya razılaşmasında əsas rol oynadı. OPEC + nəhayət iclasda 10 milyon barel neftin azaldılmasına razılıq verdi.


Saziş Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ liderləri arasında bir sıra təmaslardan sonra əldə olunub. Aprelin 10-da Kreml Putinin ibn Salmanla danışdığını və tərəflərin neft hasilatını azaltmaq üçün Səudiyyə Ərəbistanı ilə Rusiya arasında təmasları davam etdirməyə razılıq verdiklərini açıqladı.


OPEC-in hasilatın azaldılmasına dair razılığına baxmayaraq, bazar ertəsi tarixi bir neft ucuzlaşmasının qarşısını almaq üçün bu kifayət deyildi. Bazar ertəsi neft qiymətləri günün sonuna qədər ən aşağı səviyyəyə düşdü.




Mənbə: middleeasteye Oxunub: 668 dəfə; Tarix: 2020-04-22 11:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!