Rusiyada koronavirusa qarşı dərmanın kliniki sınaqları başladı
Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada yeni koronovirus xəstələrinin müalicəsində istifadə edilə biləcək 3 fərqli dərmanın kliniki sınaqları başlanıb.
Bu barədə Federal tibbi-bioloji agentlikdən məlumat verilib.
""SARS-Cov-2" (COVID-19) olan xəstələrin müalicəsi üçün yeni tibbi göstərişlərə əsasən, istifadə ediləcək "Hidroksilxlorin", "Mefloxin" və Rusiya istehsalı olan "Kalidavir2" preparatının müqayisəli kliniki sınaqları başlayıb", - deyə məlumatda bildirilir.
Tədqiqatlar Burnazyan Dövlət Tibb Mərkəzində koronavirus infeksiyası olan xəstələrin yazılı razılığı ilə aparılacaq.
Mənbə: RT
Oxunub: 471 dəfə;
Tarix: 2020-04-07 14:57
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.