Ayətullah Xamenei koronavirus ilə mübarizə üçün bir milyard avro ayırdı


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkədə yayılan koronavirusun qarşısını almaq və onu idarə etmək üçün Milli İnkişaf Fondunun ehtiyatından bir milyard avro ayırıb.


Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.


Məlumata görə, Ayətullah Xameneinin addımını yüksək qiymətləndirən Prezident Həsən Ruhani bu sahədə zəruri ehtiyacları ödəmək üçün lazımi tapşırıqlar verib.


Qeyd edək ki, İranda infeksiyadan ölənlərin sayı 3739 nəfərdir. Ümumilikdə virus daşıyıcılarının sayı 60 min 500 nəfərə çatıb. 24 min 236 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan buraxılıb. 4083 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.


Xatırladaq ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani, Səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, Ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nəccar, sabiq Ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.




Mənbə: tasnimnews Oxunub: 1775 dəfə; Tarix: 2020-04-07 12:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!