Suriyada kürd qüvvələrlə ABŞ hərbçiləri mühasirəyə düşdü
Eastnews.org-un verdiyi xəbərə görə, kürd qüvvələrin formalaşdırdığı "Suriya Demokratik Qüvvələri" və ABŞ hərbçilərinin birgə patrulu Deyr əz-Zor vilayətinin Suvvar rayonunda mühasirəyə düşüb. Atışma nəticəsində bir ABŞ zabiti və iki kürd döyüşçüsü öldürülüb.
Bundan əlavə atışma nəticəsində yaralananların olduğu bildirilir. Onlar vertolyotlarla Hasəkə vilayətində yerləşən ABŞ-ın Əş-Şəddadi bazasına aparılıb.
Xatırladaq ki, son vaxtlar İŞİD terrorçuları Suriya ərazisində, xüsusən Deyr əz-Zor vilayətində aktivləşib.
Mənbə: SANA
Oxunub: 487 dəfə;
Tarix: 2020-04-07 12:13
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.