Çadda "Boko Haram" qruplaşmasına zərbə vuruldu
Eastnews.org-un verdiyi xəbərə görə, Çad hökuməti rəsmi olaraq ölkə ərazisində "Boko Haram" terrorçu qruplaşması üzvlərinin olmadığını bəyan edib.
Bu barədə hökumətin mətbuat katibi Ömər Yaya Hüseyn açıqlama verib.
O vurğulayıb ki, ordu və təhlükəsizlik qüvvələri "Bohoma Qəzəbi" adlı əməliyyatla terrorçu qruplaşmaya böyük zərbə vurub.
"Çad torpaqlarında bir nəfər də olsun "Boko Haram" terrorçu qruplaşmasının yaraqlısı qalmayıb. Təfərrüatları yaxın günlərdə ictiamiyyətlə bölüşəcəyik", - deyə Ömər Yaya Hüseyn qeyd edib.
Mənbə: AA
Oxunub: 45 dəfə;
Tarix: 2020-04-07 11:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.