İspaniyanın müsəlman icmasının rəhbəri vəfat etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İspaniyanın müsəlman icmasının rəhbəri, İspaniya İslam Komissiyasının sədri Riay Tataro Bakri yeni koronavirus xəstəliyindən vəfat edib.

 

Riay Tatari İspaniyanın paytaxtı Madrid şəhərinin Tetaun rayonun məscidinin axundu olub. Onun bir neçə gün öncə "COVID-19" yoluxma səbəbilə xəstəxanalardan birinə yerləşdirildiyi bildirilir. Onunla yanaşı, həyat yoldaşının da xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu qeyd edilir.

 

Dünayasını dəyişən Riay Tatari Bakrinin 72 yaşı olduğu qeyd edilir.

 

Xatırladaq ki, tibb elmləri doktoru olan Bakri İspaniya İslam İcmaları Birliyinə də rəhbərlik edib. O, Dəməşqdə anadan olub, 1970-ci illərin əvvəllərindən İspaniyada yaşayıb. 1971-ci ildə İspaniya Müsəlman Birliyini yaradıb.




Mənbə: RİA Oxunub: 577 dəfə; Tarix: 2020-04-06 16:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!