İraq rəsmisi: "ABŞ İraq komandirlərinə sui-qəsd etməyə çalışır"


Eastnews.org-un verdiyi xəbərə görə, İraq parlamentindəki Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü ABŞ qüvvələrinin İraq hərbi bazalarından çəkilməklə hədəflərinin olduğunu və mütəşəkkil hücumlar həyata keçirməyə çalışdıqlarını söyləyib.

 

Kərim Mahmudavi verdiyi açıqlama zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları İraqda terrorçu qüvvələrini yenidən qurmaq niyyətini gizlədib, ABŞ qoşunlarının bəzi bazalarından çıxması parlamentin qərarının təsdiqlənməsi sayılmır.

 

O qeyd edib ki, ABŞ qüvvələrinin İraq daxilində yenidən yerləşdirilməsində məqsəd, xüsusilə "Patriot" sistemləri ilə təchiz olunması ABŞ-ın yeni gizli planlarının olmasına sübutdur:

 

"ABŞ hərbi bazalara mütəşəkkil hücumlar həyata keçirməyə və bir sıra komandirlərə sui-qəsd etməyə çalışır. Buna görə də İraqın güclü cavabından qorxur.  Öz əsgərlərini əsas və konkret bazalarda dəstəkləmək istəyir. Deməli baş verənlər bir çıxış deyil, hərbi taktikadır".




Mənbə: FNA Oxunub: 103 dəfə; Tarix: 2020-04-06 16:20
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!