ABŞ əsgərlərinin İŞİD ilə əlaqələri ifşa olunur
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Həşd Şabi" hərəkatının rəsmisi Əli əl-Hüseyni ABŞ əsgərləri və İŞİD terrorçu qruplaşmasından danışıb.
Əli əl-Huseyni vurğulayıb ki, İraqda İŞİD terrorçuları və ABŞ əsgərləri arasındakı yaxın əlaqələrdən hər kəsin xəbəri var.
"ABŞ əsgərlərinin İraqdan çıxması ilə bu ölkədəki yatan İŞİD hücrələrinin də 90 faizi ortadan qaldırılacaq. Əsas məqsəd ABŞ əsgərlərinin İraqdan çıxarılmasıdır", - deyə Əli əl-Hüseyni diqqətə çatdırıb.
O, qeyd edib ki, ABŞ Kərkük şəhərindəki "K-1" hərbi bazasından çıxdıqdan sonra İŞİD-in daha da zəiflədiyini görmək mümkün olur.
Mənbə: welayet.com
Oxunub: 359 dəfə;
Tarix: 2020-04-06 11:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.