Xəlifə Haftərin mühakimə olunmasını istədilər
Eastnews.org-un verdiyi xəbərə görə, Liviya Milli Sövdələşmə Hökuməti və Nümayəndələr Palatası Ali Şurası general Xəlifə Haftər qüvvələri əleyhinə bəyanatla çıxış edib.
Bəyanatda vurğulanır ki, general Xəlifə Haftərə tabe olan hərbi qüvvələr Liviyada vətəndaşları öldürür, oğurlayır və ölkənin infrastrukturuna böyük zərbə vurur.
"Bu hadisələr hamısı müharibə cinayətidir. Xəlifə Haftər buna görə beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır", - deyə bəyanatda diqqətə çatdırılıb.
Xatırladaq ki, general Xəlifə Haftər qüvvələrini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və bəzi qərb dövlətləri dəstəkləyir.
Mənbə: Parstoday
Oxunub: 49 dəfə;
Tarix: 2020-04-06 11:39
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.