İranda şəhərlərarası səyahət qadağan edildi


Eastnews.org-un verdiyi xəbərə görə, İranda koronavirusa görə şəhərlərarası səyahət qadağan edilib. Buna səbəb vətəndaşların bayram ərəfəsi günlərində həddən artıq səfərə çıxması olub.


İran milli qərargahının nümayəndəsi Hüseyn Zülfiqari bildirib ki, məhdudiyyət dəmiryolu, avtomobil və aviadaşıyıcıların sərnişinlərinə şamil olunur.

 

İranda başqa şəhərə səfər edən və saxlanılan şəxsin avtomobili 1 ay cərimə meydançasına aparılacaq və 500 min tümən (30 dollar) cərimələnəcək.


Qeyd edək ki, İranda koronavirusa yoluxanlar günbəgün artmaqdadır. Son artım bayram münasibətilə vətəndaşların səfərə çıxmaları ilə əlaqədardır. Məhz buna görə prezident Həsən Ruhani dünən virusla mübarizədə daha sərt qərarların qəbul edilməsi barədə açıqlama vermişdi. Bu gün əlavə 2389 nəfər virusa yoluxub və 157 nəfər virusdan həyatını itirib.




Mənbə: Mehr News Agency Oxunub: 89 dəfə; Tarix: 2020-03-26 14:06
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!