ABŞ-ın Bağdaddakı koalisiyası İraq qüvvələrinin təlimini dayandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, İraqda İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bu gün koronavirusun yayılmasından sonra İraq təhlükəsizlik qüvvələri üçün təlimlərin müvəqqəti dayandırıldığını elan edib.

 

Bu barədə "alsumaria" telekanalı məlumat yayıb.

 

Məlumata görə, koalisiya bu qərarı İraq hökuməti ilə razılaşdırıldıqdan sonra verib. Bu gün yayımlanan açıqlamada koalisiya, davam edən epidemiya ilə əlaqədar İraq hökumətinin koordinasiyası ilə bəzi tədbirlərin, o cümlədən İraq təhlükəsizlik qüvvələri üçün təlim tədbirlərinin dayandırılmasını qərara alıb.

 

Bəyanatda, Fransanın bənzər bir hərəkətinə də toxunularaq bildirilib ki, Fransa koalisiyanın qərarına əsasən İraqdakı aüvvələrini çıxarıb. Fransa qoşunlarını İraq hökuməti ilə razılaşdıraraq İraqdan çıxarıb.




Mənbə: alsumaria Oxunub: 31 dəfə; Tarix: 2020-03-26 13:44
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!