"Hizbullah" təşkilatı Livanda koronavirusla mübarizəyə başladı


Eastnews.org-un verdiyi xəbərə görə, Livanın “Hizbullah” hərəkatı yeni koronavirusla mübarizə məqsədilə ölkə ərazisində 32 özəl xəstəxananı icarəyə götürərək, lazımı tibbi avadanlıqlarla təchiz edib.


Xəstələrin aşkar edilməsi və daşınması üçün 100 təcili yardım və həkimdən ibarət qruplar yaradıb. 25 təcili yardım maşınında isə süni tənəffüs və reanimasiya avadanlıqları quraşdırılıb.


“Hizbullah” xəstəliklə mübarizə məqsədilə birgə koordinasiya qərargahı yaradıb.


Ümumilikdə “Hizbullah” hərəkatı koronavirusla mübarizə üçün 1500 həkim, 3000 paramedik, 5000 tibb işçisi (tibi bacısı və sair), 15000 səhra xidməti işçisi səfərbər edib.




Mənbə: Livan mətbuatı Oxunub: 186 dəfə; Tarix: 2020-03-26 10:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!