İranın xarici banklarda olan vəsaitlərinin bəzi hissəsi qaytarıla bilər


Eastnews.org-un verdiyi xəbərə görə, İranın xairici banklarda dondurulan vəsaitlərinin bir hissəsinin koronavirusla mübarizə fonunda istifadəyə icazə verilə bilər.


“Xarici İşlər Nazirliyi və Mərkəzi Bankın səyləri nəticəsində ölkəmizin dondurulan vəsaitlərin bir hissəsindən blok götürülə bilər”, - deyə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti bildirib.


Onun sözlərinə əsasən, İran hökuməti əldə olunan vəsaitləri koronavirusla mübarizə üçün vətəndaşlara dərman və tibbi avadanlıqların alınmasına istifadə etməyə ümid edir.


İran Mərkəzi Bankı rəhbəri vəsaitlərin ABŞ-ın təzyiqləri nəticəsində bir sıra ölkələrin banklarında dondurulduğunu diqqətə çatdırıb. O, hansı ölkə banklarında vəsaitlərin olduğunu açıqlamayıb.




Mənbə: İran KİV Oxunub: 168 dəfə; Tarix: 2020-03-25 16:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!