Rusiyada koronavirusa yoluxanların sayı açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı son 24 saat ərzində 163 nəfər artaraq 658 nəfərə çatıb, ölkənin 55 bölgəsində infeksiya qeydə alınıb.


Hazırda 29 nəfərin sağaldığı bildirilir.


Bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu gün məlumat verib.


“Rusiyada bu gün ölkənin 55 bölgəsində 658 yoluxma var. 29 nəfər sağalıb. 112 min insan özünü təcridetmə şəraitində müşahidə altındadır”, - deyə yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin iclasında Tatayana Qolikova bildirib.


Martın 25-də Moskva və Sankt-Peterburqda 2 labaratoriya koronavirus testlərinə başlayacaq.


Operativ qərargahın məlumatına əsasən, Rusiyanın 20 bölgəsində koronavirus infeksiyası ilə bağlı yeni hallar qeydə alınıb. Moskvada koronavirusa yoluxanların sayı 290-dan 410-a yüksəlib.




Mənbə: TASS Oxunub: 22 dəfə; Tarix: 2020-03-25 13:36
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!