Çexiya hərbçilərini İraqdan geri çağırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Çexiya İraqda bu ölkənin milli ordusu və təhlükəsizlik qüvvələrinə təlim üçün fəaliyyətə yolladığı hərbçilərini müvəqqəti olaraq geri çağırıb.


Bu barədə Çexiya ordusunun Baş Qərargahının rəsmisi Maqdalena Dvorjakova məlumat verib.


Çexiya rəsmisi hərbçilərin geri qaytarılmasını İraqdakı fəaliyyətlərinin azalması və yeni koronavirusun yayılması ilə izah edib.


Ümumilikdə İraqdan 30 çexiyalı hərbçi geri çağırılıb.


Xatırladaq ki, Çexiya hərbçiləri NATO-nun İraqdakı “Sarsılmaz qərarlılıq” missiyası çərçivəsində bu ölkə ərazisində fəaliyyət göstərir.




Mənbə: TASS Oxunub: 158 dəfə; Tarix: 2020-03-25 12:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!