Rusiya İrana qarşı sanksiyaların təcili ləğv edilməsini istədi


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.


İki ölkə rəsmisi arasında baş tutan telefon danışığından sonra rəsmi Moskva ABŞ-ı İranın koronavirus ilə effektiv mübarizəsinə mane olan qeyri-insani və qanunsuz sanksiyalarını dərhal dayandırmağa çağırıb.


Məlumata görə, nazirlər dünyada koronavirusun yayılması ilə bağlı problemləri müzakirə ediblər və bu qlobal çağırışa cavab vermək üçün ikitərəfli əməkdaşlığı alqışlayıblar.


Rusiya Xarici İşlər naziri, həmçinin iranlı həmkarına Moskva kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaqla İrana kömək etmək niyyətində olduğunu bildirib.




Mənbə: tasnimnews Oxunub: 138 dəfə; Tarix: 2020-03-25 10:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!