Əfqanıstanda partlayış baş verdi; Ölənlər var
Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Qəznə vilayətində partlayış baş verib.
Bu barədə Qəznə Polis İdarəsi rəsmisi Əhməd Xan Sirət açıqlama verib.
O, Huşk bölgəsində yol kənarına yerləşdirilən partlayıcı qurğunun polis maşını keçərkən işə salındığını bildirib.
Hücumda 4-ü polis olmaqla, 5 nəfər ölüb.
Hadisənin məsuliyyətini üzərinə götürən olmasa da Əhməd Xan Sirət hücuma görə "Taliban"ı günahlandırıb.
Mənbə: AA
Oxunub: 117 dəfə;
Tarix: 2020-03-24 12:18
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.